Kreml "Şimal axını"na görə qəzəblidir: Kəmərdən sızan qazın mənbəyi bilinmir...

16:45 27 Sentyabr 2022

“Şimal axını” borularından qaz sızmasının səbəbi müəyyən edilməyib, lakin Kreml “təxribat ehtimalını istisna etmir”.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.

O bildirib ki, indi heç bir variantı istisna edə bilməzsiniz. 

“The New York Times” qəzetinin yazdığına görə, Almaniya hakimiyyəti iki “Şimal axını” qaz kəmərində baş verən sızmaların səbəbini müəyyən etməyə çalışır: 

"Heç bir boru kəməri işlək deyildi, lakin təzyiqdə qəfil enmə baş verən zaman hər ikisi təbii qazla doldurulmuşdu. Böyük dəliklər olmalıdır, əks halda təzyiq bu qədər tez düşməzdi. Bunun başqa izahı yoxdur", - Alman şəbəkə agentliyinin nümayəndəsi Fiete Vulf bildirib.

Almaniya və Danimarka rəsmiləri sızmanın səbəbinin aydın olmadığını, lakin araşdırmanın davam etdiyini bildiriblər.

Öz növbəsində, Danimarka Dəniz İdarəsi sızmanın Danimarka adasının sahillərində baş verdiyini bəyan edərək, ərazi üçün naviqasiya xəbərdarlığı edib.

"Şimal axını” layihəsindən məlumat verilir ki, bir gündə Baltik dənizinin dibi ilə 3 dəniz qaz kəməri  zədələnib: "Qaz şəbəkəsinin nə vaxt bərpa olunacağını təxmin etmək mümkün deyil. Çünki “Şimal axını” sisteminin dəniz qaz kəmərlərinin üç xəttində eyni vaxtda baş vermiş dağıntı görünməmiş hadisədir”.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti