Rusiya Müdafiə Nazirliyi Gürcüstan, Qazaxıstan və digər dövlətlərin hakimiyyət orqanlarına ölkədən gedən rusların məcburi geri qaytarılması tələbi ilə müraciət etməyəcək.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində Qazaxıstanın, Gürcüstanın və digər ölkələrin dövlət orqanlarına orada olan Rusiya vətəndaşlarının Rusiyaya məcburi qaytarılması ilə bağlı heç bir müraciət göndərməyib və bunu planlaşdırmır”, – nazirlik bildirib.