Bakı şəhərində iki yeniyetmə küçədə gecələyir.
Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, Səməd Vurğun küçəsində iki oğlan küçədə yatır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.az-a bildirib ki, artıq əməkdaşlar əraziyə yönləndiriliblər:
“Məsələ araşdırılır”.