Səfərbərlik Kremli xilas etməyəcək: Ukraynalı ekspertdən ŞOK AÇIQLAMALAR

16:18 28 Sentyabr 2022

Uzun sürəcək müharibədə Ukrayna rus işğalçılarına qalib gələcək. Ukrayna Silahlı Qüvvələri işğalçılardan daha yaxşı maddi-texniki təminata malikdir.

SİTAT.İNFO xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.

"İnanıram ki, bizim hərbi-siyasi komandanlığımızın həyata keçirdiyi planlar bundan sonra da həyata keçiriləcək. Müharibə həm də maddi-texniki təminat məsələsidir. Ukrayna Silahlı Qüvvələri isə Rusiya ordusundan qat-qat yaxşı maddi-texniki təminata malikdir. Ukrayna maliyyə və hərbi dəstək alır.  Rusiya hərbi-sənaye kompleksi bütün səyləri ilə ordusunun təminatının öhdəsindən gələ bilməz”, - deyə o izah edib.

Ekspertin fikrincə, Rusiyada səfərbərlik müharibədəki vəziyyəti kökündən dəyişməyəcək: "Xarkov vilayətindəki uğurlarımız  peşəkar hərbi əməliyyatların effektivliyini və planlaşdırılmasını mükəmməl şəkildə nümayiş etdirdi. Düşünmürəm ki, Rusiya Federasiyasında səfərbərlik cəbhələrdə vəziyyəti kökündən dəyişəcək. Ona görə də Rusiya komandanlığı vəziyyəti dəyişməyə cəhd etməsə, bu, yalnız rus qoşunlarının ruhdan düşməsinə gətirib çıxaracaq.Rusiya Federasiyasında səfərbərlikdən bəri nizami rus qoşunları təslim olub döyüş meydanından qaçıblar, ona görə də yeni səfərbər olunanlar da təslim olacaqlar”, - deyə Musienko yekunlaşdırıb.



Xəbər xətti