Üç partiya lideri bir araya gəldi: Nələr müzakirə olundu? FOTO

12:37 30 Sentyabr 2022

"Bu gün üç siyasi partiyanın rəhbəri – Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli çay süfrəsi ətrafında bir araya gəlib".

SİTAT.İNFO xəbər verir ki, bu barədə AY Partiyadan məlumat verilib.

Xəbərə görə, görüşdə əsasən, ölkənin son dönəmlər ictimai-siyasi həyatında baş verən müxtəlif hadisələr, regional və qlobal konfliktlərin yaxın və uzaq perspektivdə respublikanın siyasi həyatına mümkün təsirləri, xüsusilə son vaxtlar cəmiyyətdə ciddi müzakirə predmetinə çevrilən “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər və təkliflərə dair layihə və onun doğura biləcəyi siyasi nəticələr hərtərəfli müzakirə olunub.

Liderlər qərara alıblar ki, oktyabrın 4-də Azərbaycan Demokrat Partiyasının qərargahında hər üç siyasi təşkilatın rəhbərliyində təmsil olunan şəxslərin də iştirakı ilə daha geniş formatda bir toplantı keçirilsin və ölkədəki ümumi siyasi vəziyyət, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər və təkliflər bir daha müzakirə olunsun.

Səid,

SİTAT.İNFO



Xəbər xətti