"Milan"ın futbolçusu itinə görə məhkəmə qarşısına çıxarılıb

20:55 21 Fevral 2022

İtaliyanın "Milan" klubunun və Fransa millisinin futbolçusu Teo Ernandes iti ilə bağlı insidentlə əlaqədar məhkəmə qarşısına çıxarılıb.

"SITAT.INFO" "RMC Sport"a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin saxladığı pitbul yaşlı qadının küçədə gəzdirdiyi iti dişləyərək öldürüb.

Qadın iti xilas etmək istəyərkən pitbul onun da üzərinə atılıb. İddiaya görə, adı açıqlanmayan şəxs şok keçirərək xəstəxanaya yerləşdirilib. O, futbolçuya qarşı qanuni tədbir görülməsini istəyib.

Qeyd edək ki, Teo Ernandes bir müddət öncə "Milan"la 2026-cı ilin yayınadək müqavilə imzalayıb./report



Xəbər xətti