Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu Səhləbad minaya düşüb.
“Sitat.info” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.
Qeyd edək ki, ötən gün Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə üç nəfər minaya düşüb.