Bakı bulvarında bir gündə iki hadisə - Gənc qız öldü

12:31 1 Oktyabr 2022

Dənizkənarı Milli Parkda 22 yaşlı qız intihar edib.

"Sitat.info"nun məlumatına görə, hadisə dünən axşam saat 23:00 radələrində Dənizkənarı Milli Parkın ərazisində baş verib.

Belə ki, Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Kəmalə Qoşqar qızı Babayeva özünü dənizə ataraq öldürüb. Boğularaq ölən qızın hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, ötən gün daha bir gənc qız bulvarda özünü dənizə atıb, hamilə qadının həyatını xilas etmək mümkün olub, hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

 

 

 

 



Xəbər xətti