Hərbçilərimizin görüntüləri ilə bağlı rəsmi açıqlama

13:38 2 Oktyabr 2022

Hərbi Prokurorluq bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülərlə bağlı araşdırma aparır.

Sitat.info xəbər verir ki, Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.

Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

 

 



Xəbər xətti