Bakıda tibb bacısı bu cür rüşvət alır – Səs yazısı

10:49 3 Oktyabr 2022

Binəqədi qəsəbəsində yerləşən 35 nömrəli poliklinikada çalışan Naidə Cavadova adlı tibb bacısının şok əməlləri üzə çıxıb.

Axar.az-a daxil olan özəl məlumata görə, sözügedən poliklinika böyük rüşvət ocağına çevrilib.

Belə ki, hazırda həmin klinikada Fizioterapeya şöbəsində çalışan tibb bacısı Naidə Sovet qızı Cavadova ölkəmizdə koronavirusa qarşı vaksinasiyanın vacib oldu dönəmlərdən etibarən rüşvət qarşılığında COVİD parpostu satırmış.

Naidə adlı həmin tibb bacısı bu cinayəti həm də Sumqayıtda yaşayan Gülnarə adlı tələbə yoldaşı, Masazırda yaşayan “Gülü” ləqəbli bir qadınla və Vüsalə və Könül adlı digər tibb bacısı olan həmkarları ilə birgə törədib.

Naidə həmin “möhürlənmiş” pasportları həm də adıçəkilən qadınların vasitəsilə satırmış.

O, korona pasportları üçün poliklinikaya gəlmədən 200-250 manat, polinikaya gəlib, iynə vurulmadan isə 100-150 manat alırmış.

Naidə pasport satışı ilə həm də öz şəxsi evində də məşğul olub.

Qeyd edək ki, baş həkimi Hüseyn Həsən oğlu Qədimovdur.

Tibb bacısının rüşvət aldığına dair Vatsap yazışmalarını və səs qeydlərini təqdim edirik:




Xəbər xətti