Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
Sitat.info Musavat.com-a istinadən xəbər verir ki, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Məlumata görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.
Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.
Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.