TƏBİB-dən səs yazısı ilə bağlı açıqlama

13:10 3 Oktyabr 2022

Xəbər verdiyimiz kimi, Binəqədi rayon 35 nömrəli poliklinikada çalışan Naidə Cavadova adlı tibb bacısının rüşvət almasına dair səs yazıları və Vatsap yazışmaları yayılıb.

TƏBİB-dən Sitat.info-ya bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırılma aparılır.

Tibb bacısı Naidə Cavadova isə saytımıza açıqlamasında bildirib ki, səs yazısı və mesajlarda söhbət rüşvətdən yox, 13 yaşlı övladının alimenti və hazırlıq pulundan gedir.



Xəbər xətti