“Media İnkişaf Agentliyi və qanun üzərində işləyən ekspertlərin necə zəhmət, əziyyət çəkərək çalışdıqlarının şahidi olmuşam. Onlar variantlar axtarırlar necə edək ki, peşəkar və diletant jurnalistlərin sərhəddini müəyyənləşdirək, ayıra bilək. Necə edək ki, peşəkar jurnalistlərin kimlər olduğunu müəyyənləşdirək və onlar üçün daha üstün şərait yaradaq. Media reysterində də bunlar nəzərdə tutulub". Bu sözləri SİTAT.İNFO-ya müsahibəsində Mətbuat Şurasının sədri, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid deyib.
Onun sözlərinə görə, proseslər o qədər dəyişir ki, yeni media və sosial mediada o qədər sürətli proses gedir ki, adam spektik yanaşır. Biz bunları əldə edə biləcəyik yoxsa, yox... Mediada elə jurnalistlərimiz var ki, onların ali təhsili yoxur, amma gözünü açandan jurnalistika sahəsindədir və ən yaxşı yazanlardandır. Bu istisnadır və az hallarda rast gəlinir. MEDİA-nın da məqsədi diletentların qarşısını almaqdır".
Sitat.info Rəşad Məcidlə videosöhbəti təqdim edir: