Oğlunun oğurlandığı deyilən deputatdan REAKSİYA

15:45 3 Oktyabr 2022

Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun köməkçisi Rafiq Xəlilov Manset.az-a açıqlamasında yayılan məlumatın həqiqətəuyğun olmadığını bildirib. O, qeyd edib ki, millət vəkilinin oğlu Azər Əmiraslanovun oğurlanması ilə bağlı yayılan xəbərlər doğru deyil.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, Türkiyədə azərbaycanlı deputatın oğlunun oğurlandığı və deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunduğu ilə bağlı xəbərlər yayılıb.

Danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.

*

Bakupost.az saytı isə oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğunu yazıb.

Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.



Xəbər xətti