Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə səfir öz tviter səhifəsində yazıb.
“Prezidentin köməkçisi cənab Hikmət Hacıyevlə səmərəli görüş keçirdik. Ona Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Qarabağ zəfərinin şərəfinə buraxılan gümüş xatirə sikkəsini hədiyyə etdim. Türkiyə haqlı mübarizəsində sonuna qədər qardaş Azərbaycanın yanındadır”, - deyə səfir yazıb
/Manset.az