Yaşıdını döyən şagirdlə bağlı yeni faktlar

14:33 4 Oktyabr 2022

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə orta məktəbin sinif otağında şagirdin sinif yoldaşını döyməsi ilə bağlı videogörüntülər yayılıb. Hadisənin Bakının 112 saylı orta məktəbində baş verdiyi bildirilir.

Sitat.info xəbər verir ki, sinif yoldaşını döyən şagirdlə bağlı sosial şəbəkələrdə yeni faktlar ortaya çıxıb.

Bildirilir ki, fiziki zorakılıq göstərən şagirdin anası alkoqol asılılığı olan və səfil həyat sürən biri ilə ikinci dəfə ailə qurub. Dünən məktəbdə keçirilən iclas da məhz bununla bağlı olub. Məsələ ictimailəşdikdən sonra uşaq məktəbə gəlmir.

Qeyd edək ki, məsələ Elm və Təhsil Nazirliyinin nəzarətindədir.

/Axar.az



Xəbər xətti