Xəzərsahili regionda azad ticarət zonasının yaradılması İran qarşısında 600-700 milyard dollarlıq bazar aça bilər.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpək məlumat verib.
O, İranın vitse-prezidenti Məhəmməd Mohberinin oktyabrın 5-6-da Moskvada keçiriləcək İkinci Xəzər İqtisadi Forumunda iştirkanı şərh edərkən bildirib ki, İran təqvimi ilə mart ayından başlayan cari ilin 5 ayında ölkəsinin Azərbaycana ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 84 faiz, Rusiyaya ixracı 31 faiz, Türkmənistana ixracı isə 40 faiz artıb.
Peymanpəkin sözlərinə görə, 2021-ci ildə İranın Rusiyaya ixracının 60 faizdən çoxunu katalizatorlar, neft-qaz avadanlıqları, turbinlər və kompressorlar kimi sənaye məhsulları təşkil edib: “Biotexnologiyalar sahəsində biz yaxın 1-2 ay ərzində xərçəng xəstəliyinə qarşı preparatların ixracına dair müqavilələr imzalamağa hazırlaşırıq”.
İran Ticarət Təşkilatının rəhbəri həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin böyük əhəmiyyət kəsb etdiyini, Rəşt-Astara dəmiryol xəttinin başa çatdırılmasının vacib olduğunu qeyd edib.