Türkiyədə ötən ay daxili təhlükəsizlik əməliyyatları çərçivəsində ümumilikdə 12 min əməliyyat həyata keçirilib. Bunların da 12-si PKK-ya qarşı olub.
Düşmənin 145 nəfəri boz, 4 nəfəri isə narıncı kateqoriyalı terrorçular olaraq zərərsizləşdirilib.
Sitat.info xəbər verir ki, Türkiyənin daxili işlər nazirinin müavini İsmayıl Çataklı bunları aylıq mətbuat konfransında bildirib.
İ. Çataklı bildirib ki, narkotiklərlə mübarizə tədbirləri də davam edir. Bu çərçivədə sentyabr ayında 23 min 499 əməliyyat keçirilib, 29 min 325 nəfər tutulub, 2225 nəfər həbs olunub.
Səid İsaoğlu,
SİTAT.İNFO