Müharibə başlayandan Ukraynadan Cənubi Qafqaz ölkələrinə miqrasiya edən qaçqınların sayı 31 159 nəfər olub.
SİTAT.İNFO “APA-Economics”-ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilib.
Məlumata görə, bu ilin sentyabrın 13-nə kimi Cənubi Qafqaz ölkələri arasında ən çox ukraynalı qaçqın qəbul edən ölkə Gürcüstan olub - 26 031 nəfər. Azərbaycana üz tutan ukraynalıların sayı 4 639, Ermənistana köç edənlərin sayı isə 489 nəfər təşkil edib.
Bu dövrdə Dünya Bankının qeydə aldığı ukraynalı qaçqınların sayı ümumilikdə 7 milyon 333 min 721 nəfər təşkil edib. Ukraynalı qaçqınların ən çox üz tutduğu ölkələr Polşa (1,379,470), Almaniya (1 003 029 nəfər) və Çexiya (431 462 nəfər) olub.