Oktyabrın 5-nə olan məlumata görə, Azərbaycanla sonuncu hərbi toqquşma nəticəsində yaralanan erməni əsgərlərdən 61 nəfərinin müalicəsi başa çatıb və xəstəxanalardan evə buraxılıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, daha 40 nəfərin müalicəsi başa çatıb və onlar hazırda reabilitasiya məzuniyyətindədir.
“Hazırda xəstəxanalarda səhhəti son dərəcə ağır qiymətləndirilən yaralı yoxdur”, - rəsmi məlumatda deyilir.(Modern.az)