Müğənni Nadir Qafarzadə vəfat edən bacısı ilə bağlı paylaşım edib.
Gundem.az xəbər verir ki, o, instaqram hesabında Sərvinaz xanımla çəkilən fotolarını paylaşıb.
hüzn hissi keçirdiyini və kədərləndiyini ifadə edib:
"Canı əzab-əziyyətdən, zülmdən qurtulan bacım! Bu dünyada o qədər zülm çəkdin ki, o biri dünyada sənə sorğu-sual olunmayacaq. Allah sənə rəhmət etsin, Sərvinaz!"
Xatırladaq ki, ifaçının 58 yaşlı bacısı Sərvinaz Müqbilova ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.