Xəbər verdiyimiz kimi, Rusiya şou-biznesində “HammAli” ləqəbi ilə məşhurlaşan azərbaycanlı repçi Aleksandr Əliyev Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi doğulub, boya-başa çatdığı Masallı rayonuna yollanıb.
“HammAli” bildirib ki, onun uşaqlığı burada, nənəsi ilə babasının yanında keçib.
Daha sonra repçi motosikletdə Masallının yollarında şütüyüb. Həmin anları isə “HammAli” sosial şəbəkə hesabında paylaşıb.