Məşhur müğənniləri şantaj edən Maqsud Mahmudovla bağlı qərar

12:14 6 Oktyabr 2022

İş adamı Maqsud Mahmudovun barəsində məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Maqsud Mahmudovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq orqanı tərəfindən Maqsud Mahmudovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Maqsud Mahmudovun barəsində Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarış elan edilib. O, 2021-ci ilin iyulunda Ukrayna ərazisində tutulub, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 91 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən ikisi müğənnilər Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.



Xəbər xətti