Sentyabr təxribatında ermənilər 6 azərbaycanlını işgəncələrlə öldürüblər

12:52 6 Oktyabr 2022

Sentyabr təxribatında erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib.

Bunu Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində sualı cavablandırarkən deyib.

O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırmalar davam etdirilir.

/Oxu.az



Xəbər xətti