Azərbaycan Vətən müharibəsində əsir götürülmüş 164 ermənini və 1 713 meyiti qarşı tərəfə təhvil verib.
“Sitat.info” xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
"44 gün davam edən vətən müharibəsi dövründə 6 hərbçimiz itkin düşüb. 27 sentyabr 2020-ci il tarixdən 2022-ci ilin sentyabr ayına qədər əsir götürülmüş 164 şəxs və 1713 meyit erməni tərəfinə təhvil verilib. Bu il sentyabr döyüşlərində hərbi əməliyyatlar zamanı isə əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib".
/Qafqazinfo