Salyan rayonunun Arbatan bələdiyyəsi və Aşağı Noxudlu Bələdiyyəsi Salyan Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bələdiyyələrlə icra hakimiyyəti arasında mübahisə torpaq payına görə düşüb.
İcra Hakimiyyəti ilə razılığa gələ bilməyən bələdiyyələr məhkəməyə üz tutmaq qərarına gəliblər.
Mübahisəyə Şirvan İnzibati Məhkəməsində hakim Samir Həsənovun sədrliyi ilə baxılacaq.