"Əgər Ermənistan xoşməramlı olsa, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Zaman keçir, bizim təşəbbüslərimiz asanlıqla irəli getmir, baxmayaraq ki, xarici işlər nazirlərinin ilk görüşü konkret nəticə vermədi, amma hesab edirəm ki, bu, müsbət addımdır.
Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul olunarsa, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işə başlasa, ilin sonuna qədər razılığa gələ biləcəyik”.
Sitat.info xəbər verir ki, prezident İlham Əliyev Praqada Azərbaycan telekanallarına müsahibəsində deyib.