Türkiyədə meşə yanır

11:00 7 Oktyabr 2022

Türkiyədə Muğlanın Dalaman rayonunda meşə yanğını baş verib.

Sitat.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, hadisə yerinə 3 helikopter, 2 təyyarə, çiləyicilər və yanğınsöndürənlər göndərilib.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

/Axar.az

 



Xəbər xətti