TƏCİLİ! Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edildi

11:27 7 Oktyabr 2022

Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edilib.

Bu barədə Sitat.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub.

Belə ki, Qusar Rayon Polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Namiq Əlistanov bu il iyulun 11-də Rusiyanın ərazisində müəyyən edilərək saxlanılıb. Oktyabrın 5-də o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

 

 



Xəbər xətti