Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dünən Praqada Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan dördtərəfli görüşün nəticələrini şərh edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Şarl Mişel öz rəsmi tviter hesabında etdiyi paylaşımında danışıb.
“Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Fransa Prezidenti ilə Praqada. Görüşdə Avropa İttifaqının dəstəkləməyə hazır olduğu dayanıqlı deeskalasiya və sülh səylərinin gücləndirilməsini müzakirə etdik”, - deyə məlumatda qeyd olunub.