Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov yeni vəzifəyə təyin olunub.
“Sitat.info” xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov teleqram kanalında yazıb.
O, Rüstəm Muradovun Silahlı Qüvvələrin Şərq Hərbi Dairəsinin komandanı təyin edildiyini bildirib.
Qeyd edək ki, R. Muradov 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı olub. Hazırda bu vəzifədə general-mayor Andrey Volkovdur.