Xətai rayonu, Gəncə prospektində sərnişin dayanacağını ləğv edərək, yerində bina tikmək istəyirlər.
Sitat.info-ya daxil olan məlumatda, dünən sakinlər tikintiyə etiraz ediblər. Bir neçə çoxmərtəbəli yaşayış binalarının bir addımlığında qanunsuz inşa ediləcək olan binanın tikintisinin dayandırılmasını və dayanacaqlarının bərpa edilməsini tələb ediblər.
Sakinlərin etirazlarının işıqlanması üçün əraziyə mətbuat nümayəndələri çağırıblar.
Sitat.info ətraflı məlumat yayımlayacaq.