Bakıda partlayışda yaralanan şəxsin vəziyyəti ağırdır

10:10 9 Oktyabr 2022

Nizami rayonunda baş vermiş partlayış nəticəsində yaralanan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlunun vəziyyəti ağırdır.

“Sitat.info” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilir ki, Toğrul Əliyev Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Onun bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı ilə vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bundan başqa, hadisə yerindəki həkim briqadaları tərəfindən 2 nəfərə (qadın) hipertenziya və stressə qarşı kəskin reaksiya diaqnozu ilə yerində zəruri ilkin tibbi yardım göstərilib.



Xəbər xətti