Gənc operator qəfil vəfat etdi — FOTO

10:31 10 Oktyabr 2022

Rejissor və operator Namiq Kərimov 36 yaşında vəfat edib.

Sitat.info
 "Report"a istinadən xəbər verir ki, o, ötən gecə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

N.Kərimov ölkənin Şimal-qərb bölgəsində istedadlı rejissor və operator kimi tanınıb.

O, Zaqatala şəhər Heydər Əliyev Mərkəzinin rejissoru olub.

1986-cı il təvəllüdlü Namiq Xəlil oğlu Kərimovun 2 azyaşlı övladı var.







Xəbər xətti