Rusiya Federasiyasının Ukrayna şəhərlərinə təşkil etdiyi kütləvi hücumlar nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Sitat.info xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Aleksandr Xorunjiy bildirib.
"Hazırda Ukrayna şəhərlərinə bugünkü hücumlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Həmçinin 64 qurban haqqında məlumatımız var", - o deyib.
O, həmçinin əlavə edib ki, Lvov, Ternopil, Sumı, Poltava vilayətləri hələ də işıqsız qalıb. Digər ərazilərdə də elektrik enerjisində fasilələr var.
Rusiya işğalçıları oktyabrın 10-da səhər saatlarında Ukrayna şəhərlərini kütləvi atəşə tutublar. Hücumlar Kiyevin mərkəzində, Vinnitsa, Lvov, Kirovoqrad, Nikolayev, Ternopil, Jitomir və digər bölgələrdə qeydə alınıb.
Rusiya diktatoru Vladimir Putin Ukrayna şəhərlərinə və kritik infrastruktura zərbə endirdiyini etiraf edib.
O, Ukraynanı yeni zərbələrlə hədələyib, əslində Ukrayna şəhərlərinin səhər terrorunun Krım körpüsünün partladılması ilə bağlı olduğunu etiraf edib.
Ukraynaya yüksək dəqiqlikli raketlərlə hücum edildiyi məlum olub. Xüsusilə, X101 və X555 raketləri Xəzər regionundan strateji bombardmançı təyyarələrdən buraxılıb. Həmçinin Qara dənizdən “Kalibr”, “İskəndər”, “S-300” və “Tornado” raketlərindən də istifadə olunub.