Ötən gün Rusiya qüvvələrinin Ukrayna şəhərlərinə təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 19-a yüksəlib, 105 nəfərin yaralandığı bildirilib.
Sitat.info xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidməti dünən paytaxt Kiyev başda olmaqla bir çox şəhərə edilən hücumlarda insan itkiləri ilə bağlı açıqlama verib.
Açıqlamada, hücumlar səbəbindən Kiyev və Lvov bölgələri də daxil olmaqla 301 yaşayış məntəqəsinə elektrik enerjisinin kəsildiyi və hələ də bərpa edilmədiyi bildirilib.
Hücumlarda həyatını itirənlərin sayının 19-a yüksəlib, 105 nəfər yaralanıb. .
Rusiya qüvvələri dünən Ukraynanın bir çox şəhərlərinə, xüsusilə Kiyev, Lvov və Dneprə raketlər və kamizake PUA-ları ilə hücum edib.
Səid,
SİTAT.İNFO