İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın İran rəsmilərinə qarşı tətbiq etdiyi “özbaşına və əsassız” sanksiyalara görə İngiltərə səfiri Saymon Şerklifin nazirliyə çağırıldığı bildirilib.
Sitat.info xəbər verir ki, açıqlamada Böyük Britaniyanın sanksiyalarının “İranın daxili işlərinə qarışmaq” mənasına gəldiyi və Tehranın etirazının Britaniya səfirinə çatdırıldığı deyilir.
Açıqlamaya görə, Şerklif İranın sanksiyalara cavab vermək hüququnu özündə saxladığını xatırladılıb. Britaniya səfiri vəziyyəti dərhal Londona bildirəcəyini deyib.
İngiltərə dünən Mahsa Eminin ölümündən sonra keçirilən etirazlara müdaxilə edən bəzi təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Sanksiya siyahısına İran İnqilab Keşikçiləri Korpusunun Əsas Qüvvələr Komandanı Qulam Rza Süleymani, Polis Xidmətinin rəisi Hüseyn Esteri və İran Polis Xüsusi Qüvvələri Komandanlığının rəisi Həsən Keremi də daxildir.
Nərgiz,
SİTAT.İNFO