Oğuzda dağlıq ərazidə yanğın başladı

19:26 11 Oktyabr 2022

Oğuz rayonunun Şimal-qərb adlanan ərazisinə yaxın olan dağlıq-meşəlik hissədə yanğın başlayıb.

Sitat.info-nun məlumatına görə, əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın çətin relyefə malik dağlıq ərazidə baş verdiyindən hələki yanğını söndürmək mümkün olmayıb.

Hazirda yanğın davam edir.



Xəbər xətti