Avtobusda boru partladı, sərnişin yandı

10:42 12 Oktyabr 2022

Gəncədə sərnişin avtobusda yanıq xəsarəti alıb.

"Sitat.info"nun məlumatına görə, hadisə şəhərdaxili marşrut kimi fəaliyyət göstərən avtobusda baş verib. Şəhər sakini Aygün Əliyeva marşrutda olan zaman avtobusun istilik sisteminin rezin borusu partlayıb. Nəticədə o 1-ci dərəcəli yanıq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

 

 



Xəbər xətti