Nazir rəisi işdən çıxarıb aşağı vəzifəyə təyin etdi

16:48 12 Oktyabr 2022

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Həsənov vəzifədən azad edilib.

Nazirin digər əmri ilə F.Həsənov idarədə daha aşağı vəzifəyə təyin edilib.



Xəbər xətti