Ermənistan və Rusiya XİN başçıları Astanada görüşüb

17:22 12 Oktyabr 2022

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan "Facebook"da bildirib.

Qeyd edək ki, Ermənistan və Rusiya XİN başçıları MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdədirlər.



Xəbər xətti