Yevlaxda 51 yaşlı kişi qardaşını qətlə yetirib.
"Sitat.info" xəbər verir ki, oktyabrın 12-si saat 20 radələrində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin qardaşı, 1971-ci il təvəllüdlü Elşad Əsədovun bıçaqla Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Elşad Əsədov şübhəli şəxs qismində tutulub, istintaq davam edir.