İranın dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Ayətullah Həsən Ameli İran-Azərbaycan sərhədini ziyarət edib.
Onun sözlərinə görə, İranda ən sağlam və ən təhlükəsiz sərhəd Azərbaycan Respublikası ilə sərhəddir.
“Azərbaycanın ucalığını öz ucalığımız hesab edirik. İran həmişə Azərbaycanı himayə edib, indi də dəstəkləyir. Əgər bir gün heç kim Azərbaycana dəstək verməsə və Azərbaycanı tək qoyarlarsa, mən səmimi və ürəkdən deyirəm ki, İran keçmişdə olduğu kimi, yenə də Azərbaycanın ən güclü dəstəkçisi olacaq”,-deyə əyalət mollası iddia edib.