Fransada neft emalı zavodu işçilərinin tətili nəticəsində yaranan benzin böhranının ikinci həftəsi davam edir.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki. fəhlələr üçüncü həftədə tətillərini davam etdirməyi qərara alıblar.
Böyük enerji nəhəngləri "TotalEnergies" və "ExxonMobil" şirkətlərinin işçiləri, solçu CGT həmkarlar ittifaqı işəgötürənlərlə maaş artımı ilə bağlı razılığa gələ bilmədikdən sonra tətil etmək qərarına gəliblər.
Bununla belə, hökumət ExxonMobil işçilərinə öz işlərinə qayıtmağı əmr edib.
Eyni zamanda bəzi rayonlarda yanacağın satışı iki gün müddətinə məhdudlaşdırılıb.
Fransadakı yeddi neft emalı zavodundan altısı tətilə görə fəaliyyətini dayandırıb. Bu da sürücülərin təşviş içində yanacaqdoldurma məntəqələrinə axışmasına, uzun növbələr yaratmasına və əksər stansiyalarda benzinin tükənməsinə səbəb olub.