Xəbər verdiyimiz kimi dünən Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilib. Vida mərasimində tanınmış sənət adamları, ictimai-siyasi xadimlər iştirak ediblər.
Demokrat.az-ın məlumatına görə, Əməkdar artistlə vidalaşan şəxslər arasında Milli Məclisin Sosial Siyasət komitəsinin sabiq sədri, Siyasi elmlər doktoru Hadı Rəcəbli də olub. O, dostu keçmiş deputat Hüseynbala Mirələmovla birlikdə vida mərasiminə gəlib.
Sabiq millət vəkilinin uzun müddətdir ortada olmadığı vaxta bir xeyli arıqlaması və yaşlanması diqqətdən yayınmayıb. /Manset.az