Xəbər verdiyimiz kimi oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
Görüşdə iqtisadi-ticari tərəfdaşlıq barədə danışan Vladimir Putin Rusiyanın Azərbaycan iqtisadiyyatına 4.5 milyard dollar sərmaye yatırldığını bildirib:
"Hörmətli İlham Heydər oğlu, Sizinlə bugünkü tədbir çərçivəsində indi görüşmək fürsətinə görə çox şadam. Biz Sizinlə müntəzəm olaraq görüşürük və həmişə nədənsə danışmağa mövzu var. Çünki çox müxtəlif istiqamətlər üzrə kifayət qədər geniş qarşılıqlı fəaliyyət mövcuddur. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qalmaqdadır və əmtəə dövriyyəsi artır. Məncə, ötən il 14 faiz artıb, bu ilin ilk 7 ayı ərzində 7 faizdən çox artıb. Bizim iqtisadi operatorlar Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar.
Hökumətlərarası Komissiyanın həmsədrləri müntəzəm görüşürlər. İşlər Sizin təklif etdiyiniz plan üzrə gedir. Düşünürəm ki, 2024-cü il də daxil olmaqla, Sizin tərəfinizdən təklif olunan bir sıra perspektivli, maraqlı layihələr üzrə gedir. Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də həmişə diqqətdə saxlayırıq. Ümidvaram ki, bütün bu məsələlər üzrə bir daha danışmaq fürsətindən də istifadə edəcəyik və mövqelərimizi dəqiqləşdirəcəyik.