“Əpl” “Ayfon”u adaptersiz satdığı üçün cərimələndi

11:42 14 Oktyabr 2022

Braziliya “Əpl” şirkətini smartfonları enerji cihazı olmadan satdığına görə cərimələyib və ölkədə satılan “Ayfon” telefonlarının enerji cihazları ilə təchiz olunmasına qərar verib.

Axar.az xəbər verir ki, bu barədə ölkə mediasında məlumat yayılıb.

Qərara görə, “Əpl” təxminən 19 milyon dollar cərimə ödəməli olacaq. Lakin şirkət artıq qərardan şikayət etməyi planlaşdırır.

Qeyd edək ki, Ayfon-13 modelindən başlayaraq, “Əpl” telefonları adaptersiz satışa çıxarır.



Xəbər xətti