“Onlar müvəqqəti yaşayış yerindən çıxarılsa, harada yaşayacaq?!”

11:43 14 Oktyabr 2022

“Məcburi köçkün müraciət edir ki, 30 ilə yaxındır, müvəqqəti yaşadığı evdən  məhkəmə qərarı ilə çıxarılması tələbi qoyulub”.

“Sitat.info” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib. 

Onun sözlərinə görə,  əvvəllər də bu məsələyə baxılıb: “Ulu öndər bildirmişdi ki, məcburi köçkünü evlə təmin etmədən o, müvəqqəti yaşadığı ərazidən çıxarıla bilməz. Bu gün torpaqlarımız işğaldan azad olunub. Amma məcburi köçkünləri evlə təmin etmədən onların müvəqqəti yaşadığı ərazidən çıxarılması məhkəmə qərarı ilə tələb edilir”. 

Deputat bu məsələnin “Qaçqınkom”la müzakirə edilməsini təklif edib: “Məhkəmə qərarları qəbul edilən zaman “Qaçqınkom”dan nümayəndə çağırılsın. Artıq onların müvəqqəti yaşadığı yerlərdən çıxarılması kütləvi hal alıb. Amma onlar evlə təmin olunmadan, yaşadığı müvəqqəti yerdən çıxarılsa, harada yaşayacaq?! Bu məsələ ilə bağlı qərara düzəliş edilsin və yazılsın ki, məcburi köçkün evlə təmin olunmayana qədər müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz”. 



Xəbər xətti