Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
Sitat.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan etdi.
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev gündəlikdə duran məsələlər barədə məlumat verdi.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.