Millət vəkilləri qəzaya düşdü: Ölən var

13:46 14 Oktyabr 2022

Ankarada HDP-li millət vəkilləri Ömər Öcalan, Dersim Dağ, Nusrettin Maçını və partiya üzvlərini hava limanına aparan avtomobil taksi ilə toqquşub.

Sitat.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində taksi sürücüsü dünyasını dəyişib. Millət vəkillərinin yüngül xəsarət aldığı bildirilir. 

Əraziyə polis və təcili yardım briqadası cəlb olunub.



Xəbər xətti